Bu gün də bəzi dairələr ləğv oluna bilər - MSK toplanır

Bu gün də bəzi dairələr ləğv oluna bilər -       MSK toplanır

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib 

 

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı bəzi seçki dairələrindən edilmiş şikayətlərə baxacaq.

 

AYNA xəbər verir ki, iclasda aşağıdakı seçki dairələri üzrə qərarların açıqlanacağı gözlənilir.

 

10 saylı Binəqədi: lider namizəd Madər Musayev

 

11 saylı Qaradağ: lider namizəd Aydın Hüseynov

 

14 saylı Xəzər: lider namizəd Soltan Məmmədov

 

15 saylı Yasamal birinci: lider namizəd Ülvi Quliyev

 

18 saylı Nərimanov-Nizami: lider namizəd Rasim Musabəyov

 

28 saylı Sabunçu: lider namizəd Eldar Quliyev

 

42 saylı Sumqayıt: lider namizəd Tahir Mirkişili

 

45 saylı Abşeron: lider namizəd Oqtay Əsədov

 

57 saylı Kürdəmir: lider namizəd Əminə Ağazadə

 

60 saylı Salyan-Neftçala: lider namizəd Fəzail Ağamalı

 

67 saylı Cəlilabad şəhər: lider namizəd Malik Həsənov

 

72 saylı Yardımlı-Masallı: lider namizəd Musa Qasımlı

 

73 saylı Lənkəran şəhər: lider namizəd Rüfət Quliyev

 

79 saylı İmişli: lider namizəd Razi Nurullayev

 

81 saylı Beyləqan: lider namizəd Şahin İsmayılov

 

91 saylı Ucar: lider namizəd Ramil Həsən

 

92 saylı Zərdab-Ucar: lider namizəd Əliyeva Jalə

 

95 saylı Tərtər: lider namizəd Sahib Alıyev

 

109 saylı Balakən: lider namizəd Nəsib Məhəməliyev

 

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: lider namizəd Elman Məmmədov

 

125 saylı Zəngilan-Qubadlı: lider namizəd İmamverdi İsmayılov

 

Qeyd edək ki, ötən iclasda bu dairələrdən daxil olmuş müraciətlər baxılması üçün aidiyyəti üzrə Dairə Seçki Komissiyalarına geri göndərilmişdi.

Müəllif: Ayna.az      15 Fevral 2020 11:43
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin