Çin 25 mindən çox həkimi Hubeyə göndərdi

Çin 25 mindən çox həkimi Hubeyə göndərdi

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Çinin mərkəzindəki Hubey əyalətində koronavirusun yeni ştammının (COVID-2019) yayılmasına qarşı mübarizədə həlledici mərhələyə qədəm qoyulub, ölkənin bütün bölgələrindən dəstək üçün ora 25,6 mindən çox tibb işçisi göndərilib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bunu Çin Milli Səhiyyə Komitəsinin rəhbərinin müavini Van Heşen açıqlayıb.

 

“Davamlı səylər və qətiyyətli tədbirlər sayəsində xəstəliyin effektivliyini azalda bildik, virusun yayılmasını zəiflətdik”.

 

Qurum rəsmisinin sözlərinə görə, hazırda Çinin digər bölgələrindən səfərbər edilmiş həkimlərin təxminən 80% -i virusun yayıldığı Uhan şəhərində işləyir.

Müəllif: Ayna.az      15 Fevral 2020 08:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin