İŞİD-in planlaşdırdığı terrorun qarşısı alınıb

İŞİD-in planlaşdırdığı terrorun qarşısı alınıb

Terror aktını aprelin sonu - mayın əvvəlində həyata keçirmək istəyiblər

 

İsveçrə kəşfiyyatı Verne şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının üzvləri şəhərdə neft anbarını partlatmaq istəyirmişlər.

 

Kantonal hökümət naziri Mauro Podcinin sözlərinə görə, yaraqlıların hücum planı əvvəlcədən məlum olduğu üçün onun qarşısı alınıb.

 

Güman edilir ki, terrorçular qabaqcadan planlaşdırılmış terror aktını aprelin sonu - mayın əvvəlində həyata keçirmək istəyiblər. Əsas hədəf isə neft tankerləri olub.

Müəllif: Ayna.az      15 Fevral 2020 03:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin