Koronavirus Afrikaya çatdı

Koronavirus Afrikaya çatdı

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Misirdə koronavirusun yeni növünə (COVID-2019) ilk yoluxma hadisəsi qeydə alınıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi məlumat yayıb.

 

Nazirliyin rəsmi nümayəndəsi Xaled Muqahed bildirib ki, xarici ölkədən gələn əcnəbinin analiz cavabları müsbət olub:

 

“Yoluxmuş şəxsin vəziyyəti stabildir, xəstəliyin əlamətləri yoxdur, 14 günlük karantinə yerləşdirilib”.

 

Onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilməyib.

Müəllif: Ayna.az      15 Fevral 2020 01:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin