Ağstafada ağır qəza: ölü və yaralılar var

Ağstafada ağır qəza:       ölü və yaralılar var

Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

 

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA-nın “Report"a istinadən məlumatına görə, hadisə Saloğlu yolunda qeydə alınıb.

 

Belə ki, sürücü idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarına aşıb.

 

Qəza nəticəsində bir ailənin üzvü - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı, 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və onun yeddi yaşlı oğlu xəsarət alıblar.

 

Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin, həkimlərin müdaxiləsinə baxmayaraq İsmayılova Sara Əsəd qızının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, qəzaya düşən şəxslər yaxınlarının nişan mərasimindən qayıdırmış.

Müəllif: Ayna.az      15 Fevral 2020 00:47
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin