"Qan ver! Ürəklər döyünsün!"

"Qan ver! Ürəklər döyünsün!"

Hər birinizi təşkil olunan aksiyada iştirak etməyə dəvət edirik! 

 

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə gününə həsr olunmuş "Leykemiya ilə Mübarizə" İctimai Birliyinin, Mərkəzi Qan Bankının təşkilatçılığı və "Park Bulvar Baku"nun dəstəyi ilə  "Qan ver! Ürəklər döyünsün!" devizi altında könüllü və təmənnasız qanvermə aksiyası keçiriləcək.

 

AYNA xəbər verir ki, aksiya 15 fevral 2020-ci il tarixində saat 10:00-dan 17:00-a kimi Park Bulvarda baş tutacaq. Əldə olunan qanlar, əsasən, qan xərçəngi ilə mübarizə aparan pasiyentlərə istifadə olunacaq. 

 

Hər birinizi təşkil olunan aksiyada iştirak etməyə dəvət edirik!

 

Unutmayaq ki, Siz qan verməklə həm döyünən ürəklərin döyünməsinə dəstək olmuş, həm də öz sağlamlığınıza fayda vermiş olursunuz. Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Qan verən insanda ürək xəstəliklərin başvermə riski 90% aşağı düşür.

Müəllif: Ayna.az      14 Fevral 2020 17:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin