Nəsir İmanquliyevə həsr olunmuş kitab təqdim olunub

Nəsir İmanquliyevə həsr olunmuş kitab təqdim olunub

Tədbirdə iştirak edən ziyalılar Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşüblər

 

Bu gün “Azərkitab” kitab mərkəzində jurnalist, elmi və ictimai xadim Nəsir İmanquliyevin xatirəsinə həsr olunmuş “Mətbuat fədaisi” adlı kitabın təqdimat mərasimi keçirilib. AYNA xəbər verir ki, “Azərkitab” və “TuranBank"ın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə iştirak edən ziyalılar Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşüblər.

 

Tədbiri giriş sözü ilə açan “Azərkitab” kitab mərkəzinin layihə rəhbəri Sabir Həsənov kitabın ərsəyə gəlməsindən danışıb. Daha sonra tədbirin aparıcısı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitab haqqında fikirlərini bölüşüb və tədbirdə iştirak edən ziyalılara çıxış etmək üçün söz verib.

Ziyalılardan tanınmış jurnalist Cahangir Məmmədli, millət vəkili Nizami Cəfərov, Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Rahilə Kəsəmənli, Ağahüseyn Hüseynov və Şərəf Cəlili Nəsir İmanquliyev haqqında danışıblar.

Qeyd edək ki, kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Cahangir Məmmədli, redaktoru “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynov, layihənin icraçısı isə filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilidir.

Müəllif: Mərahim Nəsib      14 Fevral 2020 17:00
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin