Keçmiş məhkum həmkəndlisini güllələyib

Keçmiş məhkum həmkəndlisini güllələyib

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır

 

Göygöl rayonunun Əlmədətli kəndində güllələnmə hadisəsi baş verib.

 

AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl RPŞ-yə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.

 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      14 Fevral 2020 13:46
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin