“Niderlandda namizəd seçiciyə işıq, su vəd etmir, çünki burada belə problem yoxdur”

“Niderlandda namizəd seçiciyə işıq, su vəd etmir, çünki burada belə problem yoxdur”

Vüqar Abbasov: “Niderlandın siyasi partiyaları namizəd siyahısı hazırlayanda, Azərbaycandan fərqli olaraq onların peşəsinə əhəmiyyət verir”

 

Azərbaycanda keçirilən 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı müzakirələr, mübahisələr davam edir. Dünən MSK tərəfindən 4 dairədə nəticələr ləğv edildi, daha 10 dairə üzrə araşdırmalar aparılır.

 

Amma bizim indiki mövzumuz 9 fevral seçkilərindən daha çox, Qərbdə parlament anlayışıdır. Məsələn, Avropa ölkələrində bu seçkili orqanın mahiyyəti və onun dövlət idarəetməsində rolu nədən ibarətdir? AYNA-nın bu istiqamətdəki suallarını Niderlandda yaşayan soydaşımız, jurnalist, “Connect” təşkilatının rəhbəri Vüqar Abbasov cavablandırıb.

 

- Vüqar bəy, Niderlandda parlament nədir və əsas missiyası nədən ibarətdir?

 

- Əvvəlcə onu deyim ki, Niderland Parlamenti birinci və ikinci palatadan ibarət olmaqla iki palataya ayrılır və hər bir palatanın öz funksiyası var. Birinci palatanın 75, ikinci palatanın isə 150 üzvü var. İkinci palatada təmsil olunan üzvlərin əsas işi qanunları müzakirə etmək və qəbul etməkdir. Ondan sonra isə qanunlar birinci palataya göndərilir. Birinci palata qanunları təsdiq edə də bilər, etməyə də. Ki, adətən, təsdiq edirlər. Hökumət üzvləri isə ikinci palatadan seçilirlər. Parlamentdə müxtəlif partiyalar iştirak edir və öz platformalarını açıqlayır. Partiyaların namizədlər siyahısında təmsil olunan birinci şəxs lider və təmsilçilərin siması hesab olunur. Yəni ondan çox şey asılıdır.

Müəllif: Mərahim Nəsib      14 Fevral 2020 13:08
Siyasət bölməsinə aid digər xəbərlər
14 İyul
22:50
Ermənistanın müttəfiqləri Azərbaycana savaş açacaqmı – Əminlik var ki...
14 İyul
20:47
Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxub
14 İyul
19:16
Tovuz döyüşlərinin dünyadakı əks-sədası – DİQQƏT CƏBHƏYƏ
14 İyul
15:40
Moskva arzulamadığı dilemma qarşısında: Azərbaycan, yoxsa Ermənistan
14 İyul
14:37
“Hazırda ön xətdə şiddətli döyüşlər gedir” - Müdafiə Nazirliyi
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin