Bakı metrosunda həyəcan yaşanıb

Bakı metrosunda həyəcan yaşanıb

Hadisənin baş vermə səbəbi araşdırılır

 

Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qadın qatar xəttinin üzərinə düşüb.

 

AYNA-ya bu barədə“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

 

"Qadın aidiyyəti üzrə təhvil verilib, onun şəxsiyyəti və hadisənin baş vermə səbəbi araşdırılır", - deyə qurumun sözçüsü əlavə edib.

 

B.Məmmədovun bildirdiyinə görə, bu səbəbdən qatarların hərəkətində 10 dəqiqəlik fasilə yaranıb.

Müəllif: Ayna.az      14 Fevral 2020 12:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin