"TikTok" təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq

"TikTok" təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq

Nazirlik bu platformadan istifadə edənləri diqqətli olmağa çağırır

 

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi son aylar ərzində məşhurlaşan “TikTok” platformasında aşkarlanan təhlükə ilə bağlı xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə Nazirlik tərəfindən məlumat yayılıb. 

 

Məlumatda qeyd olunur ki, bu platformanın təhlükəsi aktuallığını qoruyub saxlayıb: "Bu boşluqlar hakerlərə istifadəçilərə məxsus özəl məlumatların ələ keçirməyə imkan yaradır. Cinayətkar qurbanın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir".

 

"Hazırda dünya üzrə “TikTok” istifadəçilərinin sayı bir milyardı ötüb. Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. Aşkar olunan boşluqlardan biri “TikTok”un SMS-imkanlarına təsir etməsidir. Məsələn, servis istifadəçilərə özlərinə tətbiqin yüklənməsi üçün keçidlə mesaj göndərməsi  imkanı yaradır, cinayətkar isə bunu öz məqsədləri üçün istifadə edə biliər", - məlumatda qeyd olunur.

 

Bildirilir ki, belə hücumun uğurlu olması üçün cinayətkar qurbanın telefon nömrəsini bilməlidir: "Bu zaman hücum edən boşluqdan istifadə edəndə özünü ələ verməyəcək. Nəticədə cinayətkar mesajdakı keçidi ziyanverici link ilə əvəz edərək, onu redaktə edə bilər. Belə SMS alan qurban hücumdan şübhələnmədiyi üçün keçidə daxil olacaq, nəticədə qurğuya ziyanverici proqram quraşdırılacaq".

 

Nazirlik bu platformadan istifadə edənləri məlumatlandırır və daha diqqətli olmağa çağırır.

Müəllif: Ayna.az      14 Fevral 2020 12:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin