Yük maşınını oğurlayanlar tutulub

Yük maşınını oğurlayanlar tutulub

Yük avtomobili Sulutəpə qəsəbəsindən qaçırılıb

 

Bakıda yük maşını oğurlanıb. AYNA-ya bu barədə Respublika Dövlət Yol Polisindən məlumat verilib.

 

Bildirilib ki, bu gecə saat 03:45 radələrində “ZİL-MMC-4512” markalı, 50-DA-951 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Sulutəpə qəsəbəsindən qaçırılması barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsindən daxil olan məlumat əsasında həmin avtomobil DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün 99-YP-688 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX inspektorları tərəfindən saxlanılıb. 

 

Yük avtomobilini qaçırmış Qobustan rayon sakinləri 1974-cü il təvəllüdlü Ağayev Yusif Heydər oğlu və 1980-ci il təvəllüdlü Qədirov Qədir Mamed oğlu tutularaq istintaq orqanlarına təhvil veriliblər.

Müəllif: Ayna.az      14 Fevral 2020 11:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin