Koronavirusun müalicə üsulu tapıldı

Koronavirusun müalicə üsulu tapıldı

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Çin həkimləri tərəfindən tətbiq olunmuş plazmanın köçürülməsi metodikası COVID-19 koronavirusuna yoluxmuş pasiyentlərin müalicəsində effektivliyini sübut edib.

 

AYNA-nın məlumatına görə, bu barədə yerli həkimlərə istinadən “Sinxua” agentliyi xəbər verib.

 

Uhan Xəstəxanasının rəhbəri Çjan Dinyu keçirdiyi mətbuat konfransında müalicənin yeni metodunun effektivliyi haqqında bildirib.

 

Ekspertlər izah ediblər ki, xəstəlikdən sağalmış bəzi insanların orqanizmində anticismlər (orqanizmdə yad cismlər, bakteriyalar - red) aşkarlanıb. Məhz anticismlər koronavirusla mübarizəyə kömək edirlər.

 

Xatırladaq ki, Hubey əyalətində koronavirusa yoluxan 242 nəfər ölüb. Yeni yoluxma hallarının sayı artaraq 14 840 nəfər olub. Virusa yoluxanların sayı 48 min nəfərdən çoxdur.

Müəllif: Ayna.az      14 Fevral 2020 08:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin