Arkitka buzları ilə bağlı həyəcan təbili - 15 il qalıb

Arkitka buzları ilə bağlı həyəcan təbili -       15 il qalıb

Qütb şəraitində yanacaq yağından istifadənin tamamilə qadağan olunmasını təklif edilib

 

Arktikada buz örtüyü son 20 ildir ki, sürətlə əriyir. Şimal dəniz yolu sularındakı buzlar isə 2035-2040-cı illərdə tamamilə əriyə bilər.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Norveçdə keçirilən Beynəlxalq Kirkenes konfransında Finlandiyanın Baş Nazirinin müavini Nina Vaskunlahti deyib. Onun sözlərinə görə, buzların əriməsi şimalda nəqliyyatın sayını artıacaq. Bunun nəticəsində isə mazut iqlim üçün təhlükə yaradacaq. Bu səbəbdən Vaskunlahti qütb şəraitində yanacaq yağından istifadənin tamamilə qadağan olunmasını təklif edib.

 

Qeyd edək ki, 2019-cu ildə Arktikada son 15 ildə rekord həddə buz sahələrinin əriməsi müşahidə olunub.

Müəllif: Ayna.az      14 Fevral 2020 06:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin