Eramızdan əvvələ aid qəbirlər tapılıb

Eramızdan əvvələ aid qəbirlər tapılıb

Məzarların içində oval formalı gil qablar və bir neçə əşyanın yer aldığını bildirib

 

Misir Qədim Əsərlər Nazirliyi bir qrup arxeoloqun ölkənin Dekahliye Kom əl-Xaljan bölgəsində 83 qədim məzar tapdığını açıqlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, naizrliyin rəsmisi Mustafa Vəziri 83 qəbirin 80-nin Bhutto sivilizasiyası və eradan əvvəl dördüncü minilliyin ilk yarısında Aşağı Misir dövrünə aid olduğunu söyləyib.

 

Bundan əlavə, Mustafa Vəziri məzarların içində oval formalı gil qablar və bir neçə əşyanın yer aldığını bildirib.

 

Nazirliyin digər rəsmisi Ayman Ashmavi isə əldə olunan əşyalar arasında çox sayda dəniz məhsulları ilə əl işlərinin olduğunu vurğulayıb. Ashmavi yerdə qalan 3 mzəarın isə Misirin 3-cü Naqada dövrünə aid olduğunu qeyd edib.

Müəllif: Ayna.az      13 Fevral 2020 20:22
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin