Bir neçə dairə ilə bağlı şikayətlər DSK-lara göndərilib

Bir neçə dairə ilə bağlı şikayətlər DSK-lara göndərilib

Həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Əbil Məmmədovun müraciətinə baxılıb.

 

AYNA xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. MSK katibi bildirib ki, müraciət DSK-ya göndərilib.

 

İclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

 

Belə ki, 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Suqmayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

 

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib. 

Müəllif: Ayna.az      13 Fevral 2020 17:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin