Hadı Rəcəblinin lider olduğu dairənin nəticəsi də ləğv olundu

Hadı Rəcəblinin lider olduğu dairənin nəticəsi də ləğv olundu

27 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib

 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

 

AYNA xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

 

MSK üzvü bildirib ki, bir çox materaillara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib: “Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Qanunvericiliyin tələblərinə uyğun olmayıb. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarısz sayılan məntqələrin sayı 27-dir". 

 

İclasda həmin dairənin 27 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.

 

Qeyd edək ki, bu dairədə lider namizəd Hadı Rəcəbli idi.

Müəllif: Ayna.az      13 Fevral 2020 17:21
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin