Bu məhsullarda koronovirusa yoluxma riski yüksəkdir

Bu məhsullarda koronovirusa yoluxma riski yüksəkdir

Balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

 

Azərbaycanın "quş qripi" və yeni koronavirus xəstəliyindən qorunması məqsədi ilə aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yüksək patogenli "quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.

 

AYNA xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli məlumat verib. Yüksək patogenli "quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir:

 

Yüksək patogenli "quş qripi" üzrə:

 

- Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.)

- Zoopark quşları, vəhşi və ov quşları

- İnkubasiya yumurtası

- Süfrə yumurtası və yumurta məhsulları

- Quş sperması

- Quş əti (soyudulmuş, dondurulmuş və s.)

- Quş əti məhsulları

- Quş əti və sümüyünün unu (yem üçün istifadə olunan)

- Quş tükü və lələkləri

 

Koronavirus üzrə:

 

- İsti və soyuqqanlı vəhşi heyvanlar

- Zoopark heyvanları

- Vəhşi heyvanların trofeyləri

- Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.)

- Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.)

- Heyvan mənşəli ət məhsulları

- Ev heyvanları

- Quş və quş məhsulları

 

Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Image result for AQTA sədri

AQTA sədri onu da bildirib ki, bu həftədən Azərbaycanda koronavirusla bağlı beynəlxalq standartlara uyğun ekspertiza keçirilir: "Azərbaycana idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsullar, diri heyvanların hamısında koronavirus tədqiq olunur və bu günədək heç bir şübhəli fakt aşkar olunmayıb.

 

Q.Təhməzlinin sözlərinə görə, bu il 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub. Quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur.

 

Sədr əlavə edib ki, Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

 

AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb. 

Müəllif: Ayna.az      13 Fevral 2020 15:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin