Türk ordusu əsgərlərinin intiqamını alır

 Türk ordusu əsgərlərinin intiqamını alır

Suriya ordusunun 115 hədəfinə atəş edilərək 101 əsgəri zərərsizləşdirilib

 

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada, qeyd olunur ki, müxtəlif mənbələrdən alınan son məlumatlara görə, İdlib bölgəsində dünən Suriya ordusunun 55 əsgəri zərərsizləşdirilib.

 

AYNA xəbər verir ki, Milli Müdafiə Nazirliyinin 11 fevral tarixində yayılan açıqlamasında isə, “Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin hücumu nəticəsində 5 əsgərimizin şəhid olmasından sonra 115 rejim hədəfinə atəş edilərək 101 rejim ünsürü zərərsizləşdirilib” - deyə bildirilmişdi.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) partiyasının dünən keçirilən qrup toplantısında çıxışı zamanı, “Bu gündən etibarən müşahidə nöqtələrindəki və ya digər yerlərdəki əsgərlərimizə zərrə qədər ziyan dəyərsə İdliblə və Soçi razılaşmasına bağlı qalmadan rejim güclərini hər yerdə vuracağımızı buradan bəyan edirəm," - deyə bildirmişdi.

 

Rəcəb Tayyib Ərdoğan, həmçinin rejim və onlarla birlikdə hərəkət edən Rusiya qüvvələri ilə İranın dəstəklədiyi yaraqlıların davamlı olaraq mülki əhaliyə hücum etdiyini və bu qüvvələrin İdlibdə qətliam törədib qan tökdüyünü xüsusilə vurğulamışdı.

Müəllif: Ayna.az      13 Fevral 2020 13:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin