Üç seçki məntəqəsinin nəticələri ləğv edildi

Üç seçki məntəqəsinin nəticələri ləğv edildi

Daxil olan şikayət araşdırılıb və qanun pozuntularına yol verildiyi təsdiq olunub

 

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.

 

MSK-dan AYNA-ya verilən məlumata görə, 111 saylı Zaqatala Seçki Dairəsi 4 və 43 saylı seçki məntəqələrində,  həmçinin 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 10 saylı seçki məntəqəsində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub.

 

Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

 

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.

Müəllif: Ayna.az      13 Fevral 2020 12:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin