Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin etdi

Kadırov 23 yaşlı qardaşı oğlunu nazir təyin etdi

Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub

 

Rusiyanın Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov 23 yaşlı qardaşı oğlu Həmzət Kadırovu idman naziri təyin edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb. Həmzət Kadırov bu posta təyin edilənədək Kurçaloyev rayonunun rəhbəri olub.

 

Həmzət Kadırov Ramzan Kadırovun 2004-cü ildə ölən böyük qardaşı Zəlimxan Kadırovun oğludur.

Müəllif: Ayna.az      13 Fevral 2020 04:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin