Bankda koronavirusa yoluxmuş işçi aşkarlandı

 Bankda koronavirusa yoluxmuş işçi aşkarlandı

Bankın 300-ə yaxın işçisi təcili müayinəyə cəlb olunub

 

Sinqapurun ən böyük bankı olan DBS-də bir nəfərdə yeni koronavirus aşkarlandıqdan sonra bank təcili boşaldılıb və müvəqqəti bağlanılıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bankın 300-ə yaxın işçisi təcili müayinəyə cəlb olunub.

 

Məlumat üçün bildirək ki, son rəsmi məlumata görə, Çində virusa yoluxanların sayı 44 739 nəfər, ölənlərin sayı isə 1115 nəfərdir.

 

Bu arada, FIA Motorsport idarəetmə orqanı bəyan edib ki, Formula 1-in 19 apreldə Şanxayda baş tutacaq Çin Qran Prisi təxirə salınıb.

Müəllif: Ayna.az      12 Fevral 2020 19:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin