Keçmiş deputatın oğlu saxlanıldı

Keçmiş deputatın oğlu saxlanıldı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib

 

Bakıda sabiq deputat Gülər Əhmədovanın oğlu tutulub. AYNA xəbər verir ki, hadisə fevralın 9-u Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

 

Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti  faktı təsdiqləyib.

Müəllif: Ayna.az      12 Fevral 2020 17:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin