Əsas səhifə Haqqımızda Xəbər lenti

Parlament seçkiləri ilə bağlı mitinqə razılıq verilmədi

Parlament seçkiləri ilə bağlı mitinqə razılıq verilmədi

Metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirilməsi barədə BŞİH-nə müraciət edilmişdi

 

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

 

AYNA xəbər verir ki, BŞİH-dən verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

 

Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi. 

Müəllif: Ayna.az      12 Fevral 2020 16:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin