Öz hesabına zəhərlənmə: Qurbanlar ədalətə inanmırlar

Öz hesabına zəhərlənmə: Qurbanlar ədalətə inanmırlar

Ekspert: “Qaimələri mütləq şəkildə tələb etmək və saxlamaq lazımdır

 

Paytaxtımızda kifayət qədər kafe və restoranların fəaliyyət göstərməsinə baxmayaraq, nadir hallarda onların içi boş olur. Həftə sonları və axşamlar onların bir çoxunda boş yer tapmaq mümkün deyil.

 

Ancaq bu cür yerlərə gedənlər çox vaxt onlardan narazıdırlar. Keyfiyyətsiz yemək, aşağı səviyyəli xidmət və yüksək qiymətlər müştəriləri narazı salır.

 

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov AYNA-ya deyib ki, bu problemlə əlaqədar Birliyə paytaxt və bölgələrindən müraciətlər daxil olur: “Həmin insanlar bəzi restoranlarda qiymətlərin çox yüksək olmasından şikayətlənirlər. Bu yaxınlarda AİB-ə məşhur Qəbələ restoranlarından biri ilə bağlı şikayət daxil oldu. Həmin şikayətdə qeyd olunurdu ki, restoranda onlara təklif edilən bir tikə ətə görə yüksək miqdarda pul istəyiblər. Müştərilər bir çox yerlərdə qiymətlərin əksini tapdığı menyunun olmadığından, qiymətlərin menyuda və qaimədə olanlarla üst-üstə düşməməsindən, bəzən isə qaiməyə əlavə ərzaq və ya içkilərin də qeyd edilməsindən narazıdırlar. Bundan başqa xidmətdən narazılıqlar edilir. Bu sahədə ciddi kadr problemi var. Təsadüfi insanlar çoxdur”.

Müəllif: Elya Belskaya      17 Fevral 2020 22:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
16 İyul
17:49
Cəbhədə son vəziyyət: Düşmənin xeyli itkisi, bizim şəhidimiz var
16 İyul
17:21
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları xeyli üstələyib
16 İyul
16:24
İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib
16 İyul
15:31
Məmmədyarov vəzifəsindən azad edildi: Yeni XİN başçısı təyin olundu
16 İyul
13:39
COVID-19 mənzərəsi: Yalanlar içərisində həqiqət axtarışı
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin