Tələbə dəm qazından boğulub

Tələbə dəm qazından boğulub

Faktla bağlı cinayət işi başlanılıb

 

Bakıda III kurs tələbəsi dəm qazından zəhərlənərək ölüb. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın, Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında yerləşən həyət evlərinin birində qeydə alınıb.

 

Belə ki, Bakı Avrasiya Universitetinin III kurs tələbəsi, 2000-ci il təvəllüdlü Rəhmanova Nigar Taleh qızı yaşadığı evdə dəm qazından boğulub.

 

N.Bayramova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müavfiq maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: Ayna.az      12 Fevral 2020 11:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin