Koutinyo karyerasını hansı klubda davam etdirəcəyinə qərar verdi

Koutinyo karyerasını hansı klubda davam etdirəcəyinə qərar verdi

Bu mövsüm Bundesliqada 19 oyunda meydana çıxan Koutinyo 6 qol vurub

 

"Barselona" klubunun futbolçusu Filippe Koutinyo gələcək karyerası ilə bağlı qərar verib.

 

AYNA-nın "Report"a istinadən verdiyi xəbərə görə, hazırda icarə əsasında Almaniya təmsilçisi "Bavariya"da çıxış edən braziliyalı yarımmüdafiəçi növbəti mövsümü də Münhen klubunda keçirmək istəyir. 27 yaşlı futbolçunun bu barədə "Barselona" rəhbərliyini məlumatlandırdığı bildirilir.

 

Bu mövsüm Bundesliqada 19 oyunda meydana çıxan Koutinyo 6 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. 

 

Qeyd edək ki, Koutinyo "Bavariya"ya ötən yay keçib. Onun Bundesliqa təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonuna qədərdir. Futbolçunun sözləşməsində belə bir bənd var ki, alman klubu yayda "Barselona"ya 120 milyon avro təzminat ödəyib, onu birdəfəlik transfer edə bilər. İddiaya görə, Kataloniya klubunun rəhbərliyi keçidin baş tutması üçün həmin məbləği 80 milyon avroya qədər azaltmağa razıdır.

Müəllif: Ayna.az      11 Fevral 2020 22:29
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin