Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərdən xəbər var

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərdən xəbər var

Nazirlik: Testlərin cavabları mənfi olub, yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb

 

“1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb”.

 

Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, testlərin cavabları mənfi olub: “Yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb. Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib”.

 

Qeyd edək ki, bu günə qədər Kliniki Tibbi Mərkəzə (KTM) virus şübhəsi ilə 7 nəfər yerləşdirilib. Onların heç birində xəstəlik aşkar edilməyib və 6 nəfəri evə buraxılıb. Hazırda xəstəxanada 1 nəfər qalıb. O, Azərbaycan vətəndaşıdır və səhhətində ciddi problem yoxdur.

Müəllif: Ayna.az      11 Fevral 2020 12:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin