Gizli stamotoloji ləvazimatlar aşkarlanıb

Gizli stamotoloji ləvazimatlar aşkarlanıb

Hazırda faktla bağlı araşdırma aparılır

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 200" markalı nəqliyyat vasitəsi ilə ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 3626 ədəd müxtəlif adda protez diş, 260 ədəd stamotoloji ləvazimat aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      11 Fevral 2020 11:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin