Pelenin vəziyyəti yenidən pisləşdi

Pelenin vəziyyəti yenidən pisləşdi

Pelenin oğlu: “Atam normal yeriyə bilmir”

 

Dünya futbolunun canlı əfsanəsi Pele səhhəti ilə bağlı problemlər səbəbindən depressiyaya düşüb.

 

 AYNA-nın məlumatına görə, bu barədə “TV Globo”nun efirində idmançının oğlu Edinyu danışıb.

 

Onun sözlərinə görə, bir müddət əvvəl Pele əməliyyat olunub və bərpa prosesi lazım olduğu qaydada keçməyib. İndi braziliyalı, demək olar, gəzə bilmir.

 

Edinyu, həmçinin atasının evdən çıxmaq istəmədəyini bildirib. Pele özünə qapanıb və heç kimin onu görməsini istəmir.

 

Qeyd edək ki, son bir neçə il ərzində 79 yaşlı Pele səhhəti ilə əlaqədar dəfələrlə xəstəxanalıq olub.

Müəllif: Ayna.az      11 Fevral 2020 05:53
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin