Ronaldo “Yuventus”da yeni rekorda imza atıb

Ronaldo “Yuventus”da yeni rekorda imza atıb

Ronaldo ardıcıl 10-cu mövsümdür ki, bu uğura nail olur

 

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo İtaliya A Seriyasının 23-cü turunun "Verona”ya qarşı matçında növbətini qolunu vurub.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, Ronaldo matçın 65-ci dəqiqəsində komandasının azarkeşlərini sevindirib. Bu, 35 yaşlı portuqaliyalı üçün İtaliyanı cari çempionatında 20-ci qol olub.

 

Ronaldo ardıcıl qolların olduğu matçlar seriyasına görə komandanın fransalı hücumçusu David Trezegeni qabaqlayıb. Sonuncu 9 ardıcıl matçda qollarla belə rekord göstəriciyə nail olmuşdu.

 

Ronaldo isə ardıcıl 10-cu mövsümdür ki, bu uğura nail olur. Ardıcıl qollar seriyası hücumçunun 2009-cu ilin yayında "Mançester Yunayted”dən Madrid "Real”ına keçidindən sonra başlayıb.

 

Kriştiano həmçinin karyerasında üçüncü dəfə çempionatın 10 ardıcıl matçında fərqlənməyə müvəffəq olub. Daha əvvəl o, bu göstəricilərə "Real"ın heyətində iki dəfə (2014 və 2018-ci il) imza atıb.

 

Hazırda "Yuventus" A seriyasının lideridir. Komanda "İnter”i qabaqlayır.

Müəllif: Ayna.az      9 Fevral 2020 17:04
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin