Təşviqat başa çatdı - "sükut günü"dür

Təşviqat başa çatdı - "sükut günü"dür

Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar

 

Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması başa çatıb.

 

AYNA xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

 

Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib.

 

Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.

 

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Müəllif: Ayna.az      8 Fevral 2020 09:07
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin