Əsas səhifə Haqqımızda Xəbər lenti

Danışıqlara ara verib xokkey oynamağa getdilər - VİDEO

Danışıqlara ara verib xokkey oynamağa getdilər  -   VİDEO

Putin buz üstünə 11, Lukaşenko isə 1 nömrə altında çıxıb

 

Rusiya və Belarus Prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko Soçidəki danışıqlara ara verib və xokkey oynamağa gediblər.

 

AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, ənənəyə uyğun olaraq, Putin buz üstünə 11, Lukaşenko isə 1 nömrə altında çıxıb. Onlar eyni komandada oynayıblar. Matç Prezidentlərin qələbəsi ilə başa çatıb – 13:4. Oyunda, həmçinin Belarus liderinin oğlu Nikolay da iştirak edib. 

 

Qeyd edək ki, bu, onların ilk xokkey oyunu deyil. Bir il əvvəl də onlar Soçidə üç günlük danışıqları xokkey oynamaqla davam etmişdilər.

Müəllif: Ayna.az      8 Fevral 2020 03:09
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin