Əsas səhifə Haqqımızda Xəbər lenti

Lipton istefaya gedir

Lipton istefaya gedir

"Lipton fevralın sonunda fondu tərk edəcək"

 

Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktorunun birinci müavini Devid Lipton fevralın sonunda istefaya gedəcək. 

 

AYNA “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə fondun yaydığı açıqlamada bildirilir.

 

“BVF-in Sərəncamçı direktoru Kristalina Georgiyeva bildirib ki, onun rəhbərlik tərkibində apardığı dəyişikliklər kontekstində Lipton fevralın sonunda fondu tərk edəcək”, - sənəddə deyilir.

 

Qeyd edək ki, təşkilatın tarixində bu postda ən çox qalan məhz Lipton olub. O, vəzifəyə 2011-ci ilin sentyabrında təyin olunub.

Müəllif: Ayna.az      8 Fevral 2020 01:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin