Əsas səhifə Haqqımızda Xəbər lenti

“İçərişəhər” qoruğundan partlayışla bağlı məlumat

“İçərişəhər” qoruğundan partlayışla bağlı məlumat

Bakıda qaz sızması nəticəsində partlayış baş verib

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İ.Əfəndiyev küçəsi, 10 ünvanında baş vermiş partlayışa dair məlumat yayıb.

 

AYNA-ya daxil olan məlumatda deyilir:

 

“Bu gün axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verib.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məhsul şəxsləri dərhal hadisə yerinə gəlib hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar. Baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.

 

Hazırda bütün proseslər nəzarət altında saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.

 

Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına hal-hazırda təhlükə yoxdur”.

Müəllif: Ayna.az      7 Fevral 2020 23:21
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin