Əsas səhifə Haqqımızda Xəbər lenti

Ali məktəblərə qəbul qaydalarında dəyişiklik edildi

Ali məktəblərə qəbul qaydalarında dəyişiklik edildi

Əli Əsədov qərar imzalayıb 

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. 

 

AYNA xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiqlənib və dəyişiklik əsasən xüsusi qabiliyyət tələb edən ixtisaslara şamil olunub.

 

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən qərara alınıb.

Müəllif: Ayna.az      7 Fevral 2020 21:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin