Azərbaycanın sığorta yığımları azalıb

Azərbaycanın sığorta yığımları azalıb

İllik müqayisədə müvafiq olaraq 14,8% azalma, 28% artım qeydə alınıb

 

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2019-cu il ərzində 681,177 mln. manat həcmində sığorta haqqı toplanıb.

 

AYNA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə sığorta yığımları 6,4% azalıb.

 

Hesabat dövründə şirkətlər tərəfindən 301,537 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 25,5% çoxdur.

 

Hesabat ilində könüllü sığorta bazarı üzrə yığımlar 456,604 mln. mant, ödənişlər 220,910 min manat təşkil edib. İllik müqayisədə müvafiq olaraq 14,8% azalma, 28% artım qeydə alınıb.

 

2019-cu il ərzində şirkətlərin icbari sığorta yığımları 224,573 mln. manat, ödənişləri 80,627 mln. manat olub. Bu isə illik müqayisədə yığımlarda 17% artım, ödənişlərdə 19% artım deməkdir.

Müəllif: Ayna.az      7 Fevral 2020 14:30
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin