Həm ailə büdcəmiz arta bilər, həm də dövlət büdcəsi – MÜTƏRƏQQİ BİZNES

Həm ailə büdcəmiz arta bilər, həm də dövlət büdcəsi –               MÜTƏRƏQQİ BİZNES

“Bu sahənin inkişafı üçün yalnız vergi güzəştlərinə deyil, uzunmüddətli və aşağı faizli kreditlərə də ehtiyac var”

 

Ailə biznesinin müəyyən üstünlükləri var - onun iştirakçıları hər şeyi yaxşı bilirlər və bir qayda olaraq bir-birilərinə etibar edirlər. Bundan əlavə, nadir hallarda işçilərə pul xərcləmək lazım gəlir ki, bu da bütün qazancın ailədə qalmasına səbəb olur. Bu, daha çox kiçik və orta sahibkarlıqdır və məhz ölkəmizdə dövlət son zamanlarda onun həvəsləndirilməsinə səy göstərir.

 

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiylar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) nəzdində fəaliyyət göstərən və ailə biznesini dəstəkləyən Ailə Biznesinə Asan Dəstək (ABAD) yaradıldı. Rəsmi statistikaya görə, 2019-cu ildə ABAD iştirakçılarının sayı 30 faiz artaraq 421 ailəyə çatıb. İştirakçıların 96%-i fiziki (237 qadın və 166 kişi), 4%-i isə (18 nəfər) hüquqi şəxslərdən ibarətdir.

 

2019-cu ildə təşkilatın dövriyyəsi 70 faizdən çox artaraq 1,7 milyon manat təşkil edib. İki il ərzində ticarətin həcmi, təxminən 4,7 dəfə artıb və 2017-ci ildən 2019-cu ilə qədər iştirakçıların ümumi mənfəəti 2,2 milyon manat təşkil edib.

Müəllif: Elya Belskaya      8 Fevral 2020 21:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
6 İyul
22:51
Köhnə hamam, köhnə tas: Biz dəyişmək istəmirik...
6 İyul
21:35
Prezident “Fairmont”dakı karantin pozulması barədə: “O biabırçı hadisə dözülməzdir”
6 İyul
19:18
COVID-19 AzTV-ni niyə “qaralayıb”?
6 İyul
17:42
Azərbaycanda COVID-19-a yeni yoluxma statistikası açıqlanıb
6 İyul
17:31
Koronavirusla mübarizə məqsədilə yeni qərar və vətəndaşlara müraciət
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin