Əsas səhifə Haqqımızda Xəbər lenti

AŞPA müşahidəçiləri Bakıya gəlib

AŞPA müşahidəçiləri Bakıya gəlib

Nümayəndə heyətinə almaniyalı deputat Frenk Şvabe başçılıq edir
 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana gəlib.

 

AYNA xəbər verir ki, nümayəndə heyətinə almaniyalı deputat Frenk Şvabe başçılıq edir.

 

Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.

 

Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.

Müəllif: Ayna.az      7 Fevral 2020 12:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin