Əsas səhifə Haqqımızda Xəbər lenti

Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilmiş şəxslərlə bağlı son məlumat

Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilmiş şəxslərlə bağlı son məlumat

"Xəstəlik alovlanan ərazidən gələnlər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır"

 

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 7-si üçün yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var. AYNA Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına əsasən xəbər verir ki, xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb, həkim müşahidələri davam edir.

 

Qeyd olunub ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".

Müəllif: Ayna.az      7 Fevral 2020 10:50
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin