Əsas səhifə Haqqımızda Xəbər lenti

Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Virus ən çox Hubey əyalətində yayılıb

 

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 30,6 min, bu virus səbəbindən ölənlərin sayı isə 633 nəfərə çatıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, 1,4 min nəfər sağalıb. Mərkəzi hökumət orqanlarının məlumatına görə, ölkədə 186 mindən çox insan karantindədir. 

 

Məlumata görə, virus ən çox Hubey əyalətində yayılıb. Burada 22,1 min nəfər koronavirusa yoluxub, 618 nəfər ölüb. 


Əyalətdə xəstəliyə yoluxan insanlarla təmasda olmuş 64 mindən çox vətəndaş həkimlərin daimi nəzarətindədir. Çjetszyan (970 nəfər yoluxub) və Quandun (954 nəfər yoluxub) əyalətlərində virusa yoluxma qeydə alınsa da ölüm hadisəsi baş verməyib. Öz növbəsində, 70 və 91 nəfər sağalıb. Pekində isə 274 nəfər yoluxub, 1 nəfər ölüb.

Müəllif: Ayna.az      7 Fevral 2020 08:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin