“Real Madrid” öz meydanında məğlub oldu

“Real Madrid” öz meydanında məğlub oldu

Qarşılaşma meydan sahiblərinin məğlubiyyətilə başa çatıb

 

İspaniya Kubokunun 1/4 final mərhələsində “Real Madrid” “Real Sosyedad”la üz-üzə gəlib.

 

AYNA xəbər verir ki, qarşılaşma Madriddə, “Santyaqo Bernabeu” stadionunda keçirilib və meydan sahiblərinin məğlubiyyətilə başa çatıb.

 

“Real Sosyedad”dan Martin Edeqor, Aleksandr İsak (Dubl) və Mikel Merino fərqlənib.

 

“Real Madrid” klubunda isə 18 yaşlı hücumçu Rodriqo, müdafiəçi Marselo və Naço rəqib qapıya yol tapa bilib.

 

Bununla da “Real Sosyedad” İspaniya Kubokunun 1/2 final mərhələsinə adlayıb.

Müəllif: Ayna.az      7 Fevral 2020 05:23
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin