Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiyalı hərbçilər İdlibə görə Türkiyəyə gedəcək

Rusiyalı hərbçilər İdlibə görə Türkiyəyə gedəcək

“Rusiya hərbçiləri ilə danışıqlar aparılacaq"

 

Rusiyanın hərbçilərdən ibarət nümayəndə heyəti Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə etmək üçün tezliklə Ankaraya səfər edəcək.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

 

“Rusiya və Türkiyə prezidentləri yaxın vaxtlarda Rusiyadan bizə hərbi heyətin gələcəyinə dair razılığa gəliblər. İdlibdəki müşahidə məntəqələrimiz Soçi razılaşması çərçivəsində öz mövqelərində qalacaq, burada dəyişiklik olmayacaq, sərhədlər (eskalasiya zonaları) eyni qalacaq”-deyə Kalın jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında iki ölkənin İdlibdə müşahidə məntəqələrinin mövcud olması ilə bağlı razılıq əldə olunub: “Rusiya hərbçiləri ilə danışıqlar aparılacaq.

Müəllif: Ayna.az      7 Fevral 2020 02:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin