Türkiyədə həlak olanların sayı 23 nəfərə çatıb - FOTOLAR

Türkiyədə həlak olanların sayı 23 nəfərə çatıb -         FOTOLAR

Qar uçqununun altında 50 nəfərdən çox insan qalıb

 

Türkiyədə Van-Baxçasaray magistral yolunun 33-cü kilometrliyində baş verən qaç uçqunu nəticəsində ölənlərin sayı artmaqda davam edir. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

 

50-dən çox insanın uçqun altında qaldığını bildirən Van valisinin sözlərinə görə, indiyədək 8 jandarma, 3 mühafizəçi, 3 yanğınsöndürən və 9 mülki şəxs həyatını itirib.

 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu isə 30-dan çox insanın xilas edildiyini açıqlayıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      5 Fevral 2020 17:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin