Putinlə Ərdoğanın telefon danışığı olub

Putinlə Ərdoğanın telefon danışığı olub

Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub

 

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Kremlin saytında bildirilib. Prezidentlər ölkələrin Suriyada koordinasiya olunmuş fəaliyyətinin effektivliyinin artırılması üçün müdafiə nazirlikləri arasında tədbirlər görülməsi haqda razılığa gəliblər.

 

Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı Ərdoğan Suriyada Əsəd rejimi tərəfindən Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə edilən hücumdan danışaraq bunun Suriyadakı ortaq sülh hərəkatına zərbə vurduğunu ifadə edib.

 

Prezidentlər Suriya ilə yanaşı, Liviya məsələsindən də danışıblar.

Müəllif: Ayna.az      5 Fevral 2020 05:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin