“Barselona” müdafiəsini gücləndirdi

“Barselona” müdafiəsini gücləndirdi

Ramos “Barselona B”-də çıxış edəcək

 

"Barselona" argentinalı müdafiəçini heyətinə cəlb edib.

 

AYNA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayb.

 

Klub bildirib ki, "Boki Xuniors"un müdafiəçisi Santyaqo Ramosla müqavilə imzalayıb. Müqavilənin müddəti üç ildir. Bununla belə, müddət başa çatdıqdan sonra daha 2 ilə artırıla bilər. Ramos “Barselona B”-də çıxış edəcək.

 

18 yaşlı Ramos "Boki Xuniors"un yetirməsidir. O, ötən mövsümdə Argentina klubunun ikinci komandasının heyətində oynayıb, həmçinin əsas komandanın iki yoldaşlıq matçında iştirak edib.

 

"Barselona" 22 matçda 46 xal toplayaraq İspaniya çempionatının yarış cədvəlində ikinci yer tutur. "Real" 49 xalla liderdir.

Müəllif: Ayna.az      5 Fevral 2020 03:14
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin