Putin İqnatyevi işdən çıxarmasının səbəbini açıqladı

Putin İqnatyevi işdən çıxarmasının səbəbini açıqladı

“Vətəndaşlara hörmətsizlik göstərən məmurlar vəzifələrində işləyə bilməzlər"

 

Rusiya Prezidenti Vladimir Putin Çuvaşiya Respublikasının keçmiş rəhbəri Mixail İqnatyevi vəzifəsindən kənarlaşdırmasının səbəbini açıqlayıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çerepovts sakinləri ilə görüşü zamanı Prezident hüquq-mühafizə orqanlarının İqnatyevə qarşı heç bir şikayətinin olmadığını bildirib. Onun sözlərinə görə, məmurlar istənilən halda insanlara hörmət etməlidirlər. İqnatyevdə isə bu hiss olmayıb.

 

“Vətəndaşlara hörmətsizlik göstərən məmurlar vəzifələrində işləyə bilməzlər, bu qədər”, - deyə Putin əlavə edib.

 

Xatırladaq ki, İqnatyevin qalmaqallı videosu yayılmışdı. Belə ki, o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına yanğınsöndürən maşınların açarlarını təhvil verərkən zabitlərdən biri ilə ələ salırmış kimi zarafatlaşmışdı. O, açarı yuxarı tutaraq zabitin onu hoppanaraq götürməsini istəmişdi.

 

Məhz həmin videodan sonra Putin İqnatyevin vəzifəsindən kənarlaşdırılması haqda sərəncam vermişdi.

Müəllif: Ayna.az      4 Fevral 2020 20:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin