Təhlükəli virusla mübarizədə İİV dərmanlarından istifadəyə başlanıldı

Təhlükəli virusla mübarizədə İİV dərmanlarından istifadəyə başlanıldı

Bir neçə xəstədə müsbətə doğru nəticələr qeydə alınıb

 

Bankonq şəhərindəki (Tayland) Rajavithi Xəstəxanasının həkimləri yeni koronavirusa yoluxmuş xəstələrin müalicəsində İİV və qrip dərmanlarının birləşməsindən istifadə ediblər.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, taylandlı həkimlərin dediyinə görə, müalicə yanaşması bir çox xəstənin, o cümlədən Vuhan şəhərindən olan 70 yaşlı çinli qadının yaxşılaşmasına səbəb olub.

 

Rajavithi Xəstəxanasının ağciyər xəstəlikləri üzrə mütəxəssisi Kriangska Atipornvaniç bildirib ki, bu terapiyanı virusun müalicəsi hesab etmək olmaz: "Əsas odur, xəstənin vəziyyəti, tamamilə yaxşılaşır. Amma həkim standart müalicənin tətbiqi üçün zaman lazım olduğunu da deyib".


 
Çin səhiyyə rəsmiləri isə artıq İİV dərmanlarını koronavirus xəstələrini müalicə etmək üçün istifadə etdiklərini bəyan ediblər. Bir neçə xəstədə müsbətə doğru nəticələr qeydə alınıb.


 
Vuhanın Jinyintan Xəstəxanasının rəhbəri Zhang Dingyu isə bunları deyib: “Görünür, virus əleyhinə istifadə olunan İİV dərmanları koronavirusun ilkin simptomlarını daşıyan insanlara daha yaxşı təsir edir. Erkən müayinədə xəstə müəyyən olunsa da, yenə də virusla mübarizə üçün daha güclü sübutlara ehtiyacımız var.

Müəllif: Ayna.az      4 Fevral 2020 18:23
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin