Mehriban Əliyevadan Polad Bülbüloğluna təbrik

Mehriban Əliyevadan Polad Bülbüloğluna təbrik

Polad Bülbüloğlunun 75 yaşı tamam olur

 

Birinci vitse-prezident Mehriban Əliyeva bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 yaşının tamam olması və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

 

AYNA-nın məlumatına görə, Mehriban Əliyevanın “İnstagram” səhifəsində yer alan təbrikdə deyilir:

 

“Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

 

Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir.

 

Dost və pərəstişkarlarının sevgi və hörmətini qazanmış parlaq və istedadlı şəxsiyyət Polad Bülbüloğluna möhkəm cansağlığı, doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram!”.

Müəllif: Ayna.az      4 Fevral 2020 02:44
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin