Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev Polad Bülbüloğlunun barəsində sərəncam imzalayıb

İlham Əliyev Polad Bülbüloğlunun barəsində sərəncam imzalayıb

Dövlət başçısı Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib

 

Prezident İlham Əliyev Polad Pülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.

 

Prezident İlham Əliyev bu gün Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

Müəllif: Ayna.az      3 Fevral 2020 18:06
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin